Buludlar - Şarkı sözü, Lyrics, Mahnı sözləri

Buludlar

Mus: Eldar Mansurov
Söz: Baba Vəziroğlu


Gah zirvəyə bürünürsüz,
Gah ilansız sürünürsüz,
Gah itib, gah görünürsüz,
Buludlar, ay buludlar.

Qürub vaxtı min rəngsiniz,
Sübh çağı nə qəşəngsiniz,
Kef-əhvala ahəngsiniz,
Buludlar ay buludlar.

Nəq.:

Gah sevinc,gah qəmsiniz
Gah məlhəm, gah sitəmsiniz,
Siz həyata həmdəmsiniz,
Buludlar, ay buludlar.

Gah lələkli, gah laylısız,
Şimşək sizdə, haraylısız,
Təxəyyül tək qanadlısız,
Buludlar, ay buludlar.

Gah Günəşi udursunuz,
Gah yeri qurudursunuz,
Suya yüz hal vurursunuz,
Buludlar, ay buludlar.

Buludlar - Şarkı sözü, Lyrics, Mahnı sözləri Buludlar  - Şarkı sözü, Lyrics, Mahnı sözləri Reviewed by Mrs-N on Ekim 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.