Bulaq üstə gedən gözəl - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bulaq üstə gedən gözəl

Mus.: Andrey Babayev
Söz: Ənvər Əlibəyli


Bulaq üstə gedən gözəl,gedən gözəl
Məni heyran edən gözəl, edən gözəl.
Bulaq suyu sərindir, özün sərin olma barı,
Sərin olsan, gedər eşqin alovları.

Nəq.:

Mən necə dözdüm, soyuqdur sözün
İncitmə məni sən, ay gözəl.
Qaradır gözün, bilirsən özün,
Sevirəm səni mən, ay gözəl.

Sevgim sənin, qəlbim sənin, can sənindir
Eşqin ilə yanan könül məskənindir.
Bu atəşə su səpmə, gözəl, hər yan yansın,
İki qəlbdə bir sevginin odu alovlansın.



Qışda çıxan Günəş kimi parlaqsan sən,
Amma əsər yoxdur səndə hərarətdən.
Soyuq olma bu qədər, bulaq üstə gedən gözəl
Məni heyran edən gözəl, heyran edən gözəl.

Bulaq üstə gedən gözəl - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bulaq üstə gedən gözəl - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 20, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.