Bakılı qız - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus.: Andrey Babayev)

Bakılı qız

Mus.: Andrey Babayev
Söz: İslam Səfərli
---


Bakılı qız,paytaxtımın gözəlisən
Öz qəlbimin,öz bəxtimin əzəlisən.
Suları yara-yara buruqlara gedəndə sən,
Oyanır qızıl Günəş sənin şirin gülüşündən.

Nəq.:

Sevirəm səni mən,bakılı qız,
Alagözlü yar, şən bakılı qız!

Zəhmətinin bəhrəsidir,ey gözəl yar,
Xəzər üstə şəfəqlənən gur işıqlar.
Sevgilim,gülür Xəzər, ömür gözəl,dövran gözəl,
Gülşənim,sal bir nəzər,hər yan qəşəng,
hər yan gözəl


Ürəyini ürəyimdə yaşadaram,
Kaş səninlə qoşa gəzib,qoşa duram.
Hər səhər başın üstə qağayılar qanad çalır,
Qurduğun sıx buruqlar Xəzər boyu kölgə salır.



Bakılı qız - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus.: Andrey Babayev) Bakılı qız - Şarkı sözü,Mahnı sözləri,Lyrics (Mus.: Andrey Babayev) Reviewed by Mrs-N on Ağustos 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.