Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev)

Bakı


Mus.: Ələkbər Tağıyev
Söz.: Hafiz Baxış


Qəlbimin istəyi, gözümün nuru,
Ay mənim çiçəkli şəhərim,Bakı.
Qoynunda gül açar, şəlalə çağlar,
Bəzəyib sinəni illərin,Bakı,
Sənə mahnı qoşur ellərim,Bakı.


Bir gəlin sığalı çəkilib sənə,
Alqış həyatına,alqış bu günə,
Sənin camalına,sənin hüsnünə,
Hər gün ayna tutar Xəzərim,Bakı,
Yenilməz vüqarım,zəfərim,Bakı.


Sinəmə yazılıb əhdin-ilqarın,
Şirin nəğməsisən sən ilk baharın,
Başına dolanım mən bu diyarın,
İşıqlı,günəşli,gündüzlü,Bakı,
Sənə mahnı qoşur ellərin,Bakı.



Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev) Bakı - Mahnı sözləri,Şarkı sözü,Lyrics (Mus.: Ələkbər Tağıyev) Reviewed by Mrs-N on Ağustos 24, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.