Ayrıldıq - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Ayrıldıq
Mus: Sevda Məmmədli
Söz:Bəxtiyar Vahabzadə
Söz:Bəxtiyar Vahabzadə
---
Ayrıldıq,nəğməmiz qaldı yarımçıq,
Fikirlər pərişan,könüllər qırıq.
Ayrıldıq,bilmədik neçin,nədən biz
Ayrıldıq, ayrılmaq istəmədən biz.
Fikirlər pərişan,könüllər qırıq.
Ayrıldıq,bilmədik neçin,nədən biz
Ayrıldıq, ayrılmaq istəmədən biz.
Nəq:
Canım sevə-sevə ayrılırıq biz,
Ürək kökdən düşən tək simə bənzər.
Bizim gözü yaşlı bədbəxt eşqimiz
Atalı-analı yetimə bənzər.
Deyirəm unudum səni mən gərək.
Mümkünmü, arzuya əməl tən gərək..!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulum,təzədən gərək…
Mümkünmü, arzuya əməl tən gərək..!
Unuda bilməkçün səni, sevgilim,
Təzədən doğulum,təzədən gərək…
Ayrıldıq - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics
Reviewed by noname
on
Haziran 02, 2019
Rating:
Hiç yorum yok: