Xalq Mahnısı - Alma Mahnısı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics

Xalq Mahnisi - Alma Mahnisi
Mahni Sozleri, Sarki Sozleri



A teşti, teşti, teşti,
Atım Qubadan kecdi.
Qubada min bir bağ var,
Hamısı alma bağı
Hər bağın min ağacı.
Hər ağacda min budaq
Hər budaqda min saplaq



Min gözəl bu almanı
Yetişdirir həvəslə,
Hamı deyir bir səslə:
loading...
Nəq:

Qubanın ag alması, şirindir ag alması
Yaxşı olar yar könlünü yar yıxıb, yar alması
Qoy yarım gəlsin, gəlsin
Almanı dərsin, dərsin
İpəkli yaylıqlarda yara sovqat göndərsin
Dostuna pay göndərsin
Alma var pürrəngi, gəlinlər tək bəzəkli
Ağacdan üzüləndə, cərgəynən düzüləndə
Baxırsan gözün doymur, ətrindən durmaq olmur,
Payızda, qışda, yazda, şaxtada, qarda, ayazda
Alma gəzər hər yanı, gəzər bütün dünyanı,
Süfrəni, vazı bəzər, sonra da əl-əl gəzər,
Aşıqlar da söz düzər.



#minbirmahni



Xalq Mahnısı - Alma Mahnısı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Xalq Mahnısı - Alma Mahnısı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Ocak 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.