Şəbnəm Tovuzlu - Yar Ağladı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Yar aqladi sozleri)

Sebnem Tovuzlu - Yar Agladi
Mahni Sozleri - Sarki Sozu


Söz/Mus: Əli Pormen





Yarın boyun qucaqladım,
Yar ağladı, mən ağladım
Yığışdı qonşular bütün,
Car ağladı, mən ağladım
loading...
 
Elə ki əsdi bir xəzan,
Talandı güllərim mənim
Xəbər çatınca bülbülə,
Xar ağladı, mən ağladım
 
Ürək sözün dedim tara,
Simlər oldu para-para
Yavaş-yavaş sızıldadı,
Tar ağladı, mən ağladım
 
Başında qar qalan dağa
Danışdım ayrılıq sözün
Bir «Ah» çəkib başındakı
Qar ağladı, mən ağladım
 
Dedim ki, həqq  mənimkidir,
Başımı çəkdilər dara
Tənab kəsən də boynumu,
Dar ağladı, mən ağladım







minbirmahni







Şəbnəm Tovuzlu - Yar Ağladı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Yar aqladi sozleri) Şəbnəm Tovuzlu - Yar Ağladı - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Yar aqladi sozleri) Reviewed by minbirmahni on Ocak 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.