Elnur Valeh - Ölüm haqdır - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics ( olum haqdir sozleri)

Elnur Valeh - Olum Haqdir
Mahni Sozleri - Sarki Sozu







Nəqarət: Günlərin bir günü dünya verəcək bada məni, Görən daha olmayacaq bir də bu dünyadə məni.


Mən ölərkən eşidib xəbərimi düşmən gülücək, Görəsən dərdə batan yazıq anam neyləyəcək? Nə yarım axtaracaq hardasan Elnur deyəcək, Nə də can söylədiklərim salacaq yada məni.
loading...


Eybi yox qoy mən ölüm siz qalasız sağ dostlar, Dost deyib qəlbimə çox çəkdi dağ alçaq dostlar. Həmi alçaq, həmi satqın, həmi yaltaq doatlar, Gördülər sadəyəm etdilər istifadə məni.
İlahi, sən məni nadanlara bənzətməmisən, Üzü insan içi şeytanlara bənzətməmisən, Təkəbbür əhli o insanlara bənzətməmisən. Sənə şükr eyləyirəm, yaratmısan sadə məni.
Sevgi dağ çəkdi mənim qəlbimə qəlbim dağdı, Bu dağın başına vaxtsız nə qədər qar yağdı. Nə qədər öldü dirildi yenə qəlbim sağdı, İçimdə bir dənə səs var çağırır dadə məni.
Qəlbimin qapısı açıq, çoxdu gəlib-gedənlərim, Məni bədbaxt elədi bəxtəvərdi deyənlərim. Yoxluğumdan sıxılıb, darıxsalar sevənlərim, Yad edərlər bu nəqarətdəki misrada məni.
Neqaret:
Gunlerin bir gunu dunya verecek bada meni, Goren day olmayacaq bir de bu dunyada meni.








#minbirmahni



Elnur Valeh - Ölüm haqdır - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics ( olum haqdir sozleri) Elnur Valeh - Ölüm haqdır -  Mahnı Sözləri, Şarkı Sözü, Lyrics ( olum haqdir sozleri) Reviewed by minbirmahni on Ocak 18, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.