Cavad Rəcəbov - Lənkəran - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Lenkeran mahni sozleri)

Cavad Recebov -Lenkeran
Mahni Sozleri - Sarki Sozu





Soz: Həbib Səfərov
Mus: Fariz Babayev






Hər qarış torpağı qızıldan baha Almasdı, zümrüddü, dürrdü Lənkəran! Qonaq qarşısında süfrəsi açıq, Qoynu qucaq-qucaq nurdu Lənkəran! Dəmirağac əzmi, Xanbulan tacı, Xəzər güzgüsüdür, Gülbağı saçı, Oxuyan dilidir Qızılağacı, Rastdı, Çahargahdı, Şurdu Lənkəran! Yaşıl çay kolları, limon, narıngi, Hər yana baxırsan sərgidi, sərgi, Gözəllik qızlarda ilahi vergi, Nanədi, reyhandı, güldü Lənkəran! Gündə neçə dəfə görünən, itən, Həzin-həzin səpən, dolu tək ötən, Dağlardan dənizə başını örtən Bəyaz bulud deyil, tüldü Lənkəran! Alqışla yüksəlir “Mərkəzi meydan”, Rəqibə qol vurmuş “Xəzər-Lənkəran”. Odlar Ölkəsində haqqa tapınan, Yenilməz, bölünməz eldi, Lənkəran!
loading...







#minbirmahni
#lankaran
#lenkoran
#lenkaran







Cavad Rəcəbov - Lənkəran - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Lenkeran mahni sozleri) Cavad Rəcəbov  -  Lənkəran  - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics (Lenkeran mahni sozleri) Reviewed by minbirmahni on Ocak 18, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.