Toy Toy Toy Olacaqdır - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics



"Hicran" tamaşasından trio
Söz: Sabit Rəhman
Mus: Emin Sabitoğlu
İfa: Səyavuş Aslan, Hacıbaba Bağırov , 1973
Müşayiət: Tale Qəniyev,  Mus.Teatr.Ork 
       
1. (Dadaşbala)
Fatı xanım, işimiz rəvandır,
Bu dünyada subaylıq yamandır.
Bir nazənin tapmışıq Orxana,
Üzüyü ver, yubatma, amandır.
Nəqarət:
Toy, toy, toy olacaqdır,
Orxan da bəy olacaqdır.
2. (Mitoş)
O nazənin, danışan, güləndir,
Bir maraldır, Bağdaddan gələndir.
Yaxşı bilir sözünün yerini,
Deyirlər ki, çox qədir biləndir.
3. (Dadaşbala)
Orxan bala, işimiz rəvandır,
Bu dünyada subaylıq yamandır.
Bir nazənin tapmışıq biz sənə,
Üzüyü ver, yubatma, amandır.
4. (Mitoş)
Olacaqsan a balam, bəxtəvər,
Qabağında qaçacaq bəbələr.
Gəl, razı ol, uzatma, amandır,
Qoy, aləmə yayılsın şad xəbər!
5. (Fatı)
Toy, toy ola balam,...
Bir milyon adama mən süfrə açaram.
Gəlinimi, a balam, bağrıma basaram.
Quzunu, a balam, bağrıma basaram.
Toy Toy Toy Olacaqdır - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Toy Toy Toy Olacaqdır - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.