Zeynəb Xanlarova - Ceyran - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics



"Ceyran"
Söz: Xalq
Mus: Ələkbər Tağıyev
İfa: Zeynəb Xanlarova            
                                  
1.
Araxçının məndədir, Ceyran,
Sərmişəm, çəməndədir, Ceyran.
Aləm gözələ dönsə, Ceyran,
Mənim gözüm səndədir, Ceyran.
Nəqarət:
Aşiqin çoxdur sənin, çoxdur,
Kipriyin oxdur sənin, oxdur,
Dərdindən mən dəliyəm,
Heç xəbərin yoxdur sənin, yoxdur.
Dərdindən dəliyəm mən, Ceyran,
Xəbərin yoxdur sənin, Ceyran.
2.
Ulduz dönüb, ay olmaz, Ceyran,
Yaz getməsə, yay olmaz, Ceyran.
Könül sevən gözələ, Ceyran,
Gözəllikdə tay olmaz, Ceyran.
Zeynəb Xanlarova - Ceyran - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Zeynəb Xanlarova - Ceyran - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.