Şövkət Ələkbərova - Qəlbimdə Qaldım, Mahnı Sözləri, Şarkı Sözü, Lyrics




"Qəlbimdə qaldın"
Söz: Nəbi Xəzri
Mus: Emin Sabitoğlu
İfa: Şövkət Ələkbərova                                             
1.
Səni yaz qatarı apardı tezdən,
Elə bil, dünyanı qarlı qış aldı.
Heç yana getmədin sən yer üzündən,
Bəs, niyə yer üzü birdən boşaldı?!
Yer üzü boşaldı...
Nəqarət:
Hicran elə gəldi, ayırdı bizi,
Sanki üfüqlərə uçan xəyaldın.
Hicran elə bildi ayırdı bizi,
Bir idin, min olub, qəlbimdə qaldın.
2.
Gecələr sakitcə axan ulduzlar,
Göylər çəmənində naxışlarındır.
Hardansa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır!
Həsrətli baxışlar...
Şövkət Ələkbərova - Qəlbimdə Qaldım, Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Şövkət Ələkbərova - Qəlbimdə Qaldım, Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.