Aygün Bəylər - Özün Günahkarsan - Mahni Sözləri, Şarkı Sözü, Lyrics




"Özün günahkarsan"
Söz: Kəmalə Abıyeva
Mus: Kamal
İfa: Aygün Bəylər

1.
İllər boyu həsrətimi duymaz oldun,
İllər boyu kədərimi bölmədin də...
Çox vaxt güldüm, ağlayaraq için için,
Bircə sözlə göz yaşımı silmədin də.
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən də məni bir otaqda itirmisen.

Nəqarət:

Bəs bilmirdin, həsrətinlə ürəyimə,
Həsrətinin əvəzinə daş asırsan?..
Bəs bilmirdin, özün mənə yad olduqca,
Mənimçün də yavaş yavaş yadlaşırsan?..
Soyuqluğun buz olanda yanağımda,
Nəfəsinlə başqasını isitmisən.
Sənsizliklə yaşadıqca otağımda,
Sən de məni bir otaqda itirmisən.

2.
Yad baxışlar dikilibdi gözlərinə,
Sənsə mənə peşiman qəlb gətirmisən.
Necə verim sabahımı, necə sənə?
Sən ki, mənim dünənimi itirmisən.
Nə deyim, nədir ümmanın mənim üçün?
Heç xəbərin olubmu, de, ürəyimdən?
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən.

Nəqarət:

Bəs bilmirdin bəs, unudub bu gününü,
Bir gün yenə bu ocağa dönəcəksən?
Bəs bilmirdin, dodaqlarda alışanda,
Mənim üçün ürəyimdə sönəcəksən?
Nə deyim, nə? Günahını qaytar mənə!..
Ürəyimdə yanar bir od söndürmüsən.
Damla kimi yaşadıqca özgə qəlbdə,
Gözlərimdən damla damla süzülmüsən.


REC:

Deyirsən ki, dəyişmişəm, yadlaşmışam,
Səsimdə də bir ögəylik duydun mənim.
Unutma ki, ögəyliyim, yadlaşmağım,
Həm günahın, həm cəzandır indi sənin.
Özün günahkarsan...
Aygün Bəylər - Özün Günahkarsan - Mahni Sözləri, Şarkı Sözü, Lyrics Aygün Bəylər - Özün Günahkarsan - Mahni Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.