Bala Nərgiz - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
"Nərgiz"
Söz: "Tahir və Zöhrə" dastanından
Mus: Aşıq musiqisi
İfa: Eynulla Cəbrayılov
1.
Budur gəldi bahar fəsli,
Açılıbdır lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala, nərgiz!
Mus: Aşıq musiqisi
İfa: Eynulla Cəbrayılov
1.
Budur gəldi bahar fəsli,
Açılıbdır lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala, nərgiz!
2.
Kəsibsən aşıqın yolun,
Qırıbsan qanadın, qolun,
Tuti kimi ötür dilin,
Dönübsən bülbülə, nərgiz!
Kəsibsən aşıqın yolun,
Qırıbsan qanadın, qolun,
Tuti kimi ötür dilin,
Dönübsən bülbülə, nərgiz!
3.
Uca-uca dağlar qaldı,
Gülü solmuş bağlar qaldı.
Zöhrə yarım ağlar qaldı,
Dur, sal məni yola, nərgiz!
Uca-uca dağlar qaldı,
Gülü solmuş bağlar qaldı.
Zöhrə yarım ağlar qaldı,
Dur, sal məni yola, nərgiz!
Mahnının müasir variantını Nərgiz adı ilə əlaqələndiriblər, növbəti bənddəki sözlər xalqındır:
1.
Budur gəldi bahar fəsli,
Açılıbdır lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
Budur gəldi bahar fəsli,
Açılıbdır lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batıb bala, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
2.
Əlimi vermişəm ələ,
Canım qurban fitnə-felə.
Şəddə kimi incə belə
Tut qolumdan dola, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
Əlimi vermişəm ələ,
Canım qurban fitnə-felə.
Şəddə kimi incə belə
Tut qolumdan dola, Nərgiz!
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
3.
Dodaqların baltək dadır,
Qaşların adam aldadır,
Zöhrənin gözü yoldadır,
Necə gəlim belə, Nərgiz
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
Dodaqların baltək dadır,
Qaşların adam aldadır,
Zöhrənin gözü yoldadır,
Necə gəlim belə, Nərgiz
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
4.
Sən Tahiri küsdürmüsən,
Qol-qanadın sındırmısan,
Gəlib yolun pusdurmusan,
Necə gedim yola, Nərgiz.
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
Sən Tahiri küsdürmüsən,
Qol-qanadın sındırmısan,
Gəlib yolun pusdurmusan,
Necə gedim yola, Nərgiz.
Ay Nərgiz, ay Nərgiz,
Ay qız, ay qız, bala Nərgiz!
Bala Nərgiz - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics
Reviewed by noname
on
Eylül 20, 2017
Rating:
Hiç yorum yok: