Qaya Qrupu - Məcnun Gəzər Leylini, Mahnı Sözləri,Şarkı Sözü,lyrics




"Məcnun gəzər Leylini"
Söz: Fikrət Qoca
Mus: Rizvan Ələsgərov
İfa: "Qaya" qrupu                                                        
1.
Məcnun gəzər Leylini,
Bilməz onun feylini.
Oğlanın qaydasıdır,
Qıza salar meylini.

Mən aşiqəm düşmüşəm,
Eşq oduna düşmüşəm,
Bir Leyli tək gözəlin
Sorağına düşmüşəm.

Arzum, diləyim səni,
Gəzir ürəyim səni.
Sevgilim, qorxuram ki,
Tapa bilməyim səni.

Nəqarət:
Axtarıram xeyli var,
Axtarmağın xeyri var.
Çünki Məcnun könlümü
Sevəsi bir Leyli var.

Xəyalım göy üzündə
Gəzirəm yer üzündə.
Gözüm səni axtarır
Gözəllərin gözündə.

Hər dərdə dözürəm mən,
Qəlbimi əzirəm mən.
Bir Leyli tək gözəli
Axtarıb, gəzirəm mən.
Qaya Qrupu - Məcnun Gəzər Leylini, Mahnı Sözləri,Şarkı Sözü,lyrics Qaya Qrupu - Məcnun Gəzər Leylini, Mahnı Sözləri,Şarkı Sözü,lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.