Rübabə Muradova - Getmə Getmə - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics




"Getmə"
Söz: Xalq
Mus: Səid Rüstəmov
İfa: Rübabə Muradova, 1964
Müşayiət: Səid Rüstəmov, XÇAOrk
1.
Gözlərin aldı məni,
Kəməndə saldı məni.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.

Amandır, qoymayın,
Yar gözdən saldı məni.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.

Nəqarət:

Qurban axan gözünə,
Nazla baxan gözünə, yar.
Yenə sürmə çəkmisən
Evlər yıxan gözünə, yar,
Getmə, getmə, gəl.
2.
Gözlərin məsti nədir?
Elə bil qəsdimədir.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.

Yar məni incitməkdə
Bilmirəm qəsdi nədir?
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.

3.
Sənin ala gözlərin,
Canım ala gözlərin,
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.

Qorxuram birdən öləm,
Yada qala gözlərin.
Getmə, getmə, gəl gözəl yar!
Getmə, getmə, gəl.
Rübabə Muradova - Getmə Getmə - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Rübabə Muradova - Getmə Getmə - Mahnı Sözləri, Şarkı Sözü, Lyrics Reviewed by noname on Eylül 20, 2017 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.