Gülağa Məmmədov - Gözəl Quba - Mahni Sozleri, Şarkı Sözü, Lyrics
"Gözəl Quba"
Söz: Mirmehdi Seyidzadə
Mus: Səid Rustəmov
İfa: Gülağa Məmmədov, 1958
Müşayiət: Səid Rüstəmov, XÇAOrk
Mus: Səid Rustəmov
İfa: Gülağa Məmmədov, 1958
Müşayiət: Səid Rüstəmov, XÇAOrk
1.
Bir yanın Şah dağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər.
Səhər şəfəqləri üstünü bəzər,
Nə qədər gözəlsən, gözəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Bir yanın Şah dağı, bir yanın Xəzər,
Meyvəli bağların ormana bənzər.
Səhər şəfəqləri üstünü bəzər,
Nə qədər gözəlsən, gözəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
2.
Əyir budaqları bağların barı,
Rəng-rəng almaları - ağ, qızıl, sarı.
Bahara bənzəyir payız ayları,
Nə qədər gözəlsən, gözəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Əyir budaqları bağların barı,
Rəng-rəng almaları - ağ, qızıl, sarı.
Bahara bənzəyir payız ayları,
Nə qədər gözəlsən, gözəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
3.
Dillər əzbərisən, ellər şöhrəti,
Qoynunda görürəm min bir neməti.
Səni dəyişdirib elin zəhməti,
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Dillər əzbərisən, ellər şöhrəti,
Qoynunda görürəm min bir neməti.
Səni dəyişdirib elin zəhməti,
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
4.
Arxanda yananda işıqlar axşam,
Kəndlərdən görünür başqa ehtişam.
Sənin cəlalına heyran olmuşam,
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Arxanda yananda işıqlar axşam,
Kəndlərdən görünür başqa ehtişam.
Sənin cəlalına heyran olmuşam,
Sən belə deyildin əzəl, ay Quba,
Nə qədər gözəlsən, gözəl, ay Quba.
Gülağa Məmmədov - Gözəl Quba - Mahni Sozleri, Şarkı Sözü, Lyrics
Reviewed by noname
on
Eylül 20, 2017
Rating:
Hiç yorum yok: