Eyyub Yaqubov, Bakı Haqqında Nağıl , Mahnı Sözləri, Lyrics +Karaoke Minus

EYYUB YAQUBOV,
BAKİ HAQQİNDA NAGİL
Mahni sozleri, Lyrics
Online Mahnı Kitabı


1 ci bənd

Bu dünyada nağıl çoxdur
Hamısıda belə başlar
Biri vardır, biri yoxdur...


Nağıllarda şəhər çoxdur
İstəyirəm danışam mən
Bir dənizin sahilində
Nağıl olan şəhərimdən...

- zil -

Toxunanda hər daşına,
O qayğısız günlərimə,
Mən qayıtmaq istəyirəm...

O əfsanə bağlarının
Meynəli cəpərlərindən
Yenə aşmaq istəyirəm,
Uşaq olmaq istəyirəm...

- nəq -

Səadətim, doğma bakım
Odlar yurdum, sevgi dolu torpağımsan
O sehirli gecələrdə
Xəxərə layla çalan ay işığımsan...

2 ci bənd

Qoşa qala qapısıda
Heç vaxt səndən ayrılmayan
Gözlərindir elə bil ki...

Saçlarıma sığal çəkən
Neft ətirli küləklərin
Hələ deyə bilmədiyim,
Sözlərimdir elə bil ki...

- zil -

Uşaqlığım, gəncliyimsən
Qum üstündə şanılar tək
Xumarlanan dincliyimsən...

Küçələrin qarışıqdır
Dalanların dolaşıqdır
Neçə ömrün yaddaşısan,
Neçə qəlbin sirdaşısan...

- nəq -

Səadətim, doğma bakım
Odlar yurdum, sevgi dolu torpağımsan
O sehirli gecələrdə
Xəxərə layla çalan ay işığımsan...

Söz: Kəmalə Abiyeva
Mus: Aygün Səmədzadə











Eyyub Yaqubov, Bakı Haqqında Nağıl , Mahnı Sözləri, Lyrics +Karaoke Minus Eyyub Yaqubov,  Bakı Haqqında Nağıl , Mahnı Sözləri, Lyrics +Karaoke Minus Reviewed by minbirmahni on Mart 14, 2016 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.