Əziz dost - Mahnı sözləri,Şarkı sözü, Lyrics

Əziz dost 



Mus. Qulu Əsgərov
Söz. Rəsul Rza



Əziz dostum məndən küsüb incidi
Yad kimi ayrılıb, çıxdı evimdən.
Getdiyi yolları ot basıb indi,
O gedib, qalmışam həsrətində mən. 



Nəq.:


Necə nəğmə qoşub, necə dinməyim?
Dost gedib, özümə gələ bilmirəm
Elə bil, əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm



Çaldığım o sazı gətirin mənə,
Görün ki, çalmaqda necə mahirəm
Əlim dəyən kimi bircə telinə
Simlər haray çəkib qırıldı o dəm.
Əziz dost - Mahnı sözləri,Şarkı sözü, Lyrics Əziz dost - Mahnı sözləri,Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Mart 02, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.