Əziz ana - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Əziz ana



Mus.:Cahangir Cahangirov
Söz.: İslam Səfərli



Gözümün nuru, canım ana
Böyütdün sən məni yana-yana.
Odlusan gün kimi, bir qaynar həyat kimi
Borcluyan mən sana, sana bir övlad kimi
Əziz ana!




Nəq.:


Nə ki, arzu kamın var,
Qəlbimdə tutmuş qərar
And olsun sana, can ana
Qədrini el bilir, ətrini gül bilir
Saçının ağına, qarasına qurbanam
Qəlbinin o həzin laylasına qurban 
Əziz ana!




Beşiyim üstə layla çaldın
Gecələr sübhədək qadamı aldın,
İsti nəfəsini həmişə yaz bilmişəm
Olub ki,mən sənin qədrini az bilmişəm 
Əziz ana!




Niyyətin xoşdur, safdır südün
Qulağımda qalıb hər öyüdün,
Oğluna, qızına, ay etibarlı ana,
Nəfəsi gün kimi, qəlbi baharlı ana
Əziz ana!




Əziz ana - Mahnı sözləri,Şarkı sözü,Lyrics Əziz ana - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Mart 02, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.