Əgər məni unutsan - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Əgər məni unutsan 


Mus.: Faiq Sücəddinov 
Söz.: Baba Vəziroğlu 


Zirvələrdə çən olaram
Sevgim boyda qəm olaram 
Mən də dönüb sən olaram,
Əgər məni unutsan 


İnan mənim sözlərimə
Kölgə düşər izlərimə
İnanmaram gözlərimə
Əgər məni unutsan.
x


Nəq.:


Yollarına yağan qaram
Sənin ilə mən də varam
Mən özümü unuduram
Əgər məni unutsan.


Sevinc qəmlə əkiz olar
Sevinc qəmlə əziz olar
Bütün dünya sənsiz olar
Əgər məni unutsan.


Çaylar, sular nəğmə kimi
Bu hicranın sarı kimi
Dilləndirər qəlbimi
Əgər məni unutsan.
Əgər məni unutsan - Mahnı sözləri,Şarkı sözü,Lyrics Əgər məni unutsan - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 16, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.