Ey ana Vətən - Mahnı sözləri, Şarkı sözü,Lyrics

Ey ana Vətən!




Mus.: Hikmət Mirməmmədli
Söz.: Zivər Ağayeva



Ey ulu torpağım, ey nurlu cahan,
Yolunda ölümə hazıram hər an.
Yaralı pələngəm, yaralı şirəm 
O yağı düşmənə vermərəm aman


Nəq.:
Hər qarış torpağın canımdan əziz,
Qoymaram silahı bir an əlimdən
Mehdiyəm, Həziyəm, Cavanşirəm mən
O yağı düşmənə çökdürəcəm diz.



Qovmasam düşməni, yadı elimdən
Qoymaram silahı bir an əlimdən 
Zəfər bayrağını ucaltmasam mən 
Dönmərəm, dönmərəm geriyə Vətən.
Ey Ana Vətən!


Polad sıralarda dayanmışam mən
Göylərin görməsin bir də duman, çən 
Mən səni qoruyan əsgər oğlunam
Şöhrətim, qüdrətim sənsən, ey Vətən!
Ey ana Vətən - Mahnı sözləri, Şarkı sözü,Lyrics Ey ana Vətən - Mahnı sözləri, Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 15, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.