Eşqin oduna - Mahnı sözləri, Şarkı sözü,Lyrics
Eşqin oduna 
Mus.: Emin Sabitoğlu
Söz.:Gəray Fəzli
Bu eşqin oduna çox yanmayaq
Bir dağ mənsiz qalar, bir lalə sənsiz
Gəl, yarı mənzildə çox dayanmayaq
Bulaq mənsiz qalar, şəlalə sənsiz 
Onda ki, hüsnünə vurulmuşam mən
O gündən çeşmə tək durulmuşam mən
Cavab axtarmaqdan yorulmuşam mən
Bir gizli, bir sirli suala sənsiz
Fəsillər dolanıb, aylar ötsə də
Hər addım başında bir gül bitsə də
Könlüm hər arzuya, kama yetsə də
Mən yetən deyiləm kamala sənsiz
Eşqin oduna - Mahnı sözləri, Şarkı sözü,Lyrics
 
        Reviewed by Mrs-N
        on 
        
Şubat 09, 2020
 
        Rating: 
Hiç yorum yok: