Eşqimin növrağı - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Eşqimin növrağı



Mus.: Hacıbaba Həsənov 
Söz.: Qasım Qasımzadə


Könlüm düşdü diyar-diyar,
Bir kəkliyin sorağına
Çox yalvardım, o qonmadı
Məhəbbətin budağına.




Nəq.:


Meyl etmədim bir gözələ
Sədaqətim düşdü dilə
Mən and içdim ildən-ilə
İlk eşqimin növrağına


Bir gün yenə onu gördüm
Dilə gəldi həmən dərdim
Bir dəstə gül-çiçək verdim
O almadı qucağına



Könlüm, sanma, sınasıdır
Kərəm olub yanasıdır
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına
Eşqimin növrağı - Mahnı sözləri,Şarkı sözü,Lyrics Eşqimin növrağı - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 07, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.