Eşqimi sənə vermişəm - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Eşqimi sənə vermişəm 



Mus.: Ramiz Mirişli 
Söz.: Yusif Əmirov



Bahar tellərini elə yayanda
Mən də öz eşqimi sənə vermişəm 
Sənsən bu dünyada nurlu gündüzüm
Eşqimi, arzumu sənə vermişəm 


Sən güləndə gülüşlərin can alır 
Gözlərində gözəlliyin ucalır 
Baxıb demə, mənim könlüm qocalır
Onu da, nazlı yar, sənə vermişəm 


Sənsən bu dünyada ömür çırağın
Xumar gözlərinə baxdıqca baxım
Alışsın ürəyim, sevda ocağım
Onun ilk yazını sənə vermişəm 
Eşqimi sənə vermişəm - Mahnı sözləri,Şarkı sözü,Lyrics Eşqimi sənə vermişəm - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Şubat 04, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.