Eşqə düşmüşəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics

Eşqə düşmüşəm 



Mus.: Ramiz Mirişli
Söz.: Vüqar Əhməd



Eşq badəsin içmişəm 
Bir sevdaya düşmüşəm
Sevgi-sənətim peşəm
Demə, eşqə düşmüşəm 



Elə bil qovladılar
Qəlbimi ovladılar
Məni oda saldılar
Demə, eşqə düşmüşəm.



Eşqidən yana-yana
Eşq odu düşdü cana
Bilmişəm handan-hana
Demə, eşqə düşmüşəm



Xəyallarım didərgin
Könlüm gah şad, gah qəmgin
Ən qiymətli,ən zəngin
Demə, eşqə düşmüşəm



Kədərimi silmişəm
Eşqsiz günə gülmüşəm
Heyf indi bilmişəm 
Demə, eşqə düşmüşəm 
Eşqə düşmüşəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics Eşqə düşmüşəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Şubat 03, 2020 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.