El qızları - Mahnı sözləri,Şarkı sözü,Lyrics
El qızları
Mus.: Oqtay Rəcəbov 
Söz.: İbrahim Göyçaylı
Sığallanar, sığallanar,
Yaşdan yaşa keçər qızlar
Bir vaxt qızlar bulağından
Əyilib su içər qızlar.
Qəlbi təmiz bəyaz qardan,
Gözəlliyi ilk bahardan
Eşqə düşən oğlanlardan 
Birisini seçər, qızlar
Toy qurular, düşər haray
Qızar məclis, qızar ara
Analara, atalara
Gəlin olar, köçər qızlar 
El qızları - Mahnı sözləri,Şarkı sözü,Lyrics
 
        Reviewed by Mrs-N
        on 
        
Ocak 24, 2020
 
        Rating: 
Hiç yorum yok: