Elə bəndəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics
Elə bəndəm
Xalq mahnısı (Niyaməddin Musayev)
Arazam, Kürə bəndəm,
Bülbüləm, gülə bəndəm,
Dindirməyin qəmliyəm
Bir şirin dilə bəndəm
Nəq.:
Elə bəndəm  elə bəndəm
Bir şirin dilə bəndəm 
Pəncərəmdə şüşə nəm
Yarpaq üstə düşə nəm
Nə o gözdən salandı 
Nə mən gözdən düşənəm.
Əzizim, yandı Kərəm,
Od tutub, yandı Kərəm 
Hazıram şirin canı
Yolun qurban verəm.
Elə bəndəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics
 
        Reviewed by Mrs-N
        on 
        
Ocak 24, 2020
 
        Rating: 
Hiç yorum yok: