Metanet İsgenderli - Qardas - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Soz: Şirinnaz Həsənova
Mus: Sevinc Mansurova
Aranjıman: Şakir Şükürov

Sənsən başımın tacı qardaş
Sənsən ömrümün yazı qardaş
Sənsən qəlbimin odu qardaş
Qardaş gözümün nuru qardaş

Qardaş səni bəxş edən tanrıya qurban olum
Qardaş bacı söyləyən dilinə qurban olum
Ata-ana dirəyi sevgilinin urəyi
Gəl ömrümə işıq saç boynuna qurban olum

Başın üstə ayınam damarında qanınam
Qoruyucu mələyin şirin nazlı bacınam
Sevinc dolu dünyanam qardaş sənə qurbanam
Nəğmə dolu sözümlə xoş gününə heyranam

Sənsən başımın tacı qardaş
Sənsən ömrümün yazı qardaş
Sənsən qəlbimin odu qardaş
Qardaş gözümün nuru qardaş


Qardaş səni görəndə könlüm yaman şad olur
Şirin kəlmələrinlə qışım da bahar olur
Köməyim gərəyimsən sönməsin heç ocağın
Yansın hər an çırağın gəlsin səsin sorağın

Başın üstə ayınam damarında qanınam
Qoruyucu mələyin şirin nazlı bacınam
Sevinc dolu dünyanam qardaş sənə qurbanam
Nəğmə dolu sözümlə xoş gününə heyranam
Metanet İsgenderli - Qardas - Mahnı sözləri,Şarkı sözü,Lyrics Metanet İsgenderli - Qardas - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Aralık 19, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.