Dəyişmərəm - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Dəyişmərəm
Mus.: Ağası Məşədibəyov
Söz.: İslam Səfərli
Gözlərin sürməlidir,
Gözəl sevgilim
Ay batır, tək gəzirəm
Yolunda müntəzirəm
Dur gəl, sevgilim.
Nəq.:
Hüsnünü, camalını mən Aya dəyişmərəm
O ala gözlərini dünyaya dəyişmərəm.
Qəlb tutub, göz bəyənər
Oğlanı qız bəyənər
Bəyənmişəm mən
Bağbana bar güvənər
Güvənmişəm mən.
Göy üzündə bulud var
Ürəyimdə sükut var,
Sən danış barı
Gəl dayanaq üz-üzə
Yığışsın süfrəmizə
Dost-tanış barı.
Dəyişmərəm - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Aralık 19, 2019
Rating:
Hiç yorum yok: