Cəlilabad - Şarkı sözü,Mahnı sözləri,Lyrics

Cəlilabad 


Mus.: Oqtay Kazımi
Söz.: İsgəndər Coşğun




Yerə-göyə sığmayır,
Bu torpağın sərvəti
Süfrələrə bəzəkdir
Baldan şirin neməti
Var olsun insanların,
Torpağa məhəbbəti.




Nəq.:


Qolum, qanadım, arzum, muradım,
Ey mənim ana Cəlilabadım.
Qolum qanadım, Cəlilabad, 
Arzum-muradım, Cəlilabad
Ey mənim abad diyarım,
Cəlilabad, ay Cəlilabad.



Qızılsaçlı payızın,
Yaşıldonlu yayın var.
Bir-birindən uğurlu,
Günlərin var, ayın var
Qəhrəmanlar içində,
Sənin də öz payın var.

Cəlilabad - Şarkı sözü,Mahnı sözləri,Lyrics Cəlilabad - Şarkı sözü,Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Kasım 04, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.