Cəfasız olmaz - Şarkı sözü,Mahnı sözləri,Lyrics

Cəfasız olmaz


Mus.: Bəxtiyar Kərimov
Söz.: A.Cəfər





Eşqin göylərində uçan bir quşam,
O şən baxışlara heyran olmuşam.
Ey dilsiz könlümü ovlayan gözəl,
Səni küsdürmüşəm, peşman olmuşam.



Nəq.:

Əlini əlimdən üzmə,amandır
Yarını acıqlı süzmə, amandır,
Gedib özgələrlə gəzmə amandır!
Adım el içində səninlə çıxıb.



Bilirəm ki, eşqimiz səfasız olmaz
Bilirəm ki, sevgilim vəfasız olmaz.
Dözərəm yolunda hər çətinliyə,
Məhəbbət qüssəsiz, cəfasız olmaz.



Nəq.:
Ayrılıq yamandır, mən necə dözüm?
Sən gələn yollara dikilib gözüm.
Qınayan olmasa, sənin dalınca,
Qapınıza qədər gələrəm özün.
Cəfasız olmaz - Şarkı sözü,Mahnı sözləri,Lyrics Cəfasız olmaz - Şarkı sözü,Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Kasım 04, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.