Çingiz Mustafayevə - Mahnı sözləri,Şarkı sözü, Lyrics

Çingiz Mustafayevə 


Mus.: Sevda Məmmədli
Söz.: Xurma Mikayılqızı



Sənə laylasında nə çalmış anan,
Nə imiş qəlbində od tutub yanan?
Sakitlik vermədi həqiqət sənə,
Sən də qurban getdin, Çingiz, Vətənə.



Nəq.:


Ağla, ey torpağım,ağla sən bu gün!
Qoynunda nə qədər şəhidlərin var,
Bu günkü günahsız axan qanlara
Şəhid məzarında şəhidlərim var.



Nə qədər arzular yatdı sinəndə,
Yatsa da oyaqdır gözü Çingizin,
Arzular çin olsa, əgər Vətəndə,
Bilin ki, yaşayır özü Çingizin.



Hünərin bəllidir el-obanıza
Bir də yara vurdun sən yaramıza.
Qorxutmadı səni nə ölüm, nə qan,
Qəhrəman oğul tək sən vermisən can.
Çingiz Mustafayevə - Mahnı sözləri,Şarkı sözü, Lyrics Çingiz Mustafayevə - Mahnı sözləri,Şarkı sözü, Lyrics Reviewed by Mrs-N on Kasım 21, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.