Çinar və mən - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Çinar və mən
Mus.: Şəfiqə Axundova
Söz.:Nəbi Xəzri
Çinarsız bir bulaq, bulaq deyil ki
Çinar mağarlıdır,çinar toyludur.
Mənim torpağımda, nahaq deyil ku,
Deyərlər - igidlər çinarboyludur
Qalxdıqca tarlada, çöldə, çəməndə,
Sərin küləklərdən xumarlanırlar.
Yayda gölgəliyə qızlar gələndə,
Çinarlar nə qədər vüqarlanırlar.
O min nəğməlidir,min aləmlidir
Məna var çinarın şair dilində
Araz kənarında çinar qəmlidir
Çinar fərəhlidir Kür sahilində.
Keçib körpəliyim gölgəliyində
Min yol əl eyləmiş budaqlar kimi
Nə vaxt ki, çinarı düşünürəm mən,
Özüm ucalıram bir çinar kimi.
Mən andım dünyadan arzu da, kam da,
Dolaşdı çinarın adı dilimdə
Mən çinar altında doğulmasam da,
İstəsəm o bitsin son mənzilimdə.
Sanaram yenidən doğulmuşam mən,
Yenidən bağlıyam ana torpağa
Sanaram bir sərin meh olmuşam mən,
Nəğməylə qonmuşam yaşıl budağa.
Çinar və mən - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Kasım 21, 2019
Rating:
Hiç yorum yok: