Ceyran - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Ceyran

Mus.: Qənbər Hüseynli
Söz.: Səməd Vurğun

Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb.
Yenə öz sürüsün nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran,
Nə gözəl yaraşır Muğana ceyran.

Bir məsəl qalmışdır ata-babadan,
Uçanda turacdır, qaçanda ceyran.
Bir mən deyiləm ki, hüsnünə heyran,
Nə gözəl yaraşır, Muğana ceyran.

Ovçu, insaf eylə, keçmə bu düzdən,
O ellər qızını ayırma bizdən.
Qoyma ağrı keçə ürəyimizdən,
Qıyma öz yanına boyana ceyran,
Nə gözəl yaraşır Muğana ceyran.

Ceyran - Mahnı Sözləri Şarkı Sözü Lyrics Ceyran - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 31, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.