Bir dənəsən - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Bir dənəsən
Mus: Əlibaba Məmmədov
Söz: Əlağa Vahid
Gözəllər içrə sən, ey mahiparə, bir dənəsən,
Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən.
Gülüzlü, nazlı sənəmlər düşər qədəmlərinə
Bu çeşmi məst ilə qılsan işarə, bir dənəsən.
Sən olmasan məni hicran qəmi həlak eylər
Şikəst könlümə aləmdə çarə, bir dənəsən.
Zəmanə əhlinə məşhurisən gözəllikdə,
Bu sirri gizli deyil, aşikarə bir dənəsən.
Gözəl həyatını Vahid, fənaya sərf etmə,
Səni zəmanə yetirməz dübarə, bir dənəsən.
Bir dənəsən - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Reviewed by noname
on
Ekim 01, 2019
Rating:
Hiç yorum yok: