Bir dənəsən - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Bir dənəsən
Mus: Məhəbbət Kazımov
Söz: Nəriman Nisgilli
Nazlı gələn gül dənə,
Bir dənəsən, bir dənə.
Dəstə çiçək, gül dənə,
Bir dənəsən, bir dənə.
Ürəkdə arzu, dilək,
Sevginin qədrini bilək.
Cənnətdən uçan mələk
Bir dənəsən, bir dənə.
Kəsin yolu, bərəni,
Dərdə saldın görəni.
Mən də görüb sevim səni,
Bir dənəsən, bir dənə.
Ay gözümün qarası,
Gözəl ahu balası.
Olum dərdin alası
Bir dənəsən, bir dənə.
Bir dənəsən - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Reviewed by noname
on
Ekim 01, 2019
Rating:
Hiç yorum yok: