Xalq mahnısı - Bəzəyi neylərsən - Şarkı sözü,Lyrics,Mahnı sözləri

Bəzəyi neylərsən?

Xalq mahnısı

Qaşın qara, gözün qara
Sürməni neylərsən?
Gözün özündən qaradır
Vəsməni neylərsən?
Sən bəzəyi neylərsən?

Nəq.:
Qanrılıbsan şux baxanda
Canımı oda yaxanda,
Bayram olur hər baxanda
Bəzəyi neylərsən?

Sən bəzəyi neylərsən?
Qarayanız, ay suyuşirin,
Sürməni neylərsən?
Ox kimidir kirpiklərin

Sürməni neylərsən?
Sən bəzəyi neylərsən?
Bahar kimi səfalı ol
Sürməni neylərsən?

Dost olursan, vəfalı ol
Özgəni neylərsən?
Sən bəzəyi neylərsən.
Ceyran kimi hər yerişin

Maral kimi tərpənişin
Canlar alır şux baxışın,
Bəzəyi neylərsən?
Sən bəzəyi neylərsən?




Xalq mahnısı - Bəzəyi neylərsən - Şarkı sözü,Lyrics,Mahnı sözləri Xalq mahnısı -   Bəzəyi neylərsən - Şarkı sözü,Lyrics,Mahnı sözləri Reviewed by Mrs-N on Eylül 22, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.