Bəzənmisən - Şarkı sözü, Lyrics, Mahnı sözləri Mus və söz: Aşıq Pənah

Bəzənmisən

Mus və söz: Aşıq Pənah
Yenə tovuz kimisən
Nə qəşəng bəzənmisən
Geyib ağ köynəyini
Örtüb ağ örpəyini
Laləsən,süsənmisən
Nə qəşəng bəzənmisən
Ax, nə qəşəng bəzənmisən?


Aşiqəm Ay üzünə
Telini yay üzünə
Dolaşıb diyar-diyar,
Ay ala gözlü nigar,
Görmədim tay, üzünə.

Nəq.:

Yenə tovuz kimisən, nə qəşəng bəzənmisən!
Ax, nə qəşəng bəzənmisən?
Mənə et çarə, gözəl,qaşları qara,gözəl.
Verərəm öz canımı sənin tək yara, gözəl.
Verib eşqin camını
Heyran etdin hamını
Yenə aşıq Pənahın,
Coşdurdun ilhamını.




Bəzənmisən - Şarkı sözü, Lyrics, Mahnı sözləri Mus və söz: Aşıq Pənah Bəzənmisən - Şarkı sözü, Lyrics, Mahnı sözləri   Mus və söz: Aşıq Pənah Reviewed by Mrs-N on Eylül 20, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.