Bahar xoş gəlir - Mahnı sözləri,Şarkı sözü,Lyrics

Bahar xoş gəlir

Mus.: Qənbər Hüseynli
Söz: Hüseyn Arif

Nə gözəl ay gəlir,yaz gəlir,yay gəlir.
Qaynayır bulaqlar,gəl,gəl,ay bahar!
Yamaclar gəl deyir, qız-gəlin al geyir,
Yel vurur,yellənir,könül dillənir.

Nəq.:

Qonaq gəlir ay, illər sevinsin.
Coşsun ürək,nəğmə deyək,dillər sevinsin.
Çıraqlı şəhərim,buruqlu Xəzərim!
Öz eşqim, öz baxtım; gözəl paytaxtım!

Dilimə söz verin, səsimə səs verin!
Sevinsin Mil-Muğan,gülsün Gündoğan!
Ey yaşıl bağlarım,qoca dağlarım!
Ey ata torpağın, ana diyarım!

Ey səhər,ey Günəş,tez parlayın bir,
Elimin-günümün baharı gəlir!
Nə gözəl ay gəlir;yaz gəlir,yay gəlir;
Qaynayır bulaqlar, gəl,gəl, ay bahar!
Bahar xoş gəir, bahar xoş gəlir...




Bahar xoş gəlir - Mahnı sözləri,Şarkı sözü,Lyrics Bahar xoş gəlir - Mahnı sözləri,Şarkı sözü,Lyrics Reviewed by Mrs-N on Ağustos 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.