Bahar nəğməsi - Şarkı sözü,Mahnı sözləri,Lyrics

Bahar nəğməsi

Yaşıllaşır çöllər, oyanır torpaq
Bəzənir gəlin tək hər dərə,hər dağ,
Ruhuma bir adət olmuş çırpınmaq,
Məhəbbətim səndə,könlüm səndədir
Bahar nə nazəndə,nə nazəndədir.
Gah yoluna çıxdım, gah yola saldım,
Gah intizar çəkdim,həsrətdə qaldım,
Qışda sorağını uzaqdan aldım
Dedim əmanətim,eşqim səndədir,
Bahar nə nazəndə,nə nazəndədir.


Mən nəğmələr qoşdum sənin adına,
Xoş bir nəfəs kimi çatdım dadına.
Bir həzin axşamda düşsəm yadına
Bil ki məhəbbətim,eşqim səndədir.
Bahar nə nazəndə, nə nazəndədir.




Bahar nəğməsi - Şarkı sözü,Mahnı sözləri,Lyrics Bahar nəğməsi - Şarkı sözü,Mahnı sözləri,Lyrics Reviewed by Mrs-N on Ağustos 13, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.