İilkin Fərhadoğlu - Bacara bilmirəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics

Bacara bilmirəm


Mus: İlkin Fərhadoğlu
Söz: Zahir Abbas


Sonsuz əzabına dözmək çətindi
Eşqin bir dəryadı üzmək çətindi
Sənsiz bu dünyada gəzmək çətindi
Bacara bilmirəm özüm özümlə


Verdiyin əzabı, dərdi uduram.
Səndən sevgi dolu dünya umuram.
Hər gün yolun üstə gəlib dururam
Bacara bilmirəm özüm özümlə


Bir vaxt muradıma çatacağam mən
Bu sonsuz həsrəti atacağam mən
Vüsal xülyasıyla yatacağam mən
Bacara bilmirəm özüm özümlə









----
Mahnıda olmayan sözlər.
----
Hardasan gözəlim gəl deyib-gülək
Tək sənin eşqinlə döyünür ürək
Vaxt ikən səhv etdik,barışaq gərək
Bacara bilmirəm özüm özümlə


Sənsən uşaqlığım,sənsən gəncliyim
Mənim nə həddim var, küsüb inciyim?
Mənim səadətim, mənim dincliyim
Bacara bilmirəm özüm özümlə











İilkin Fərhadoğlu - Bacara bilmirəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics İilkin Fərhadoğlu - Bacara bilmirəm - Mahnı sözləri, Şarkı sözü, Lyrics Reviewed by noname on Haziran 23, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.