Semed Semedov - Azəri balasıyam - Mahnı sözləri, Şarkı sözü, Lyrics
Mus və söz: Elxan Rəhimov
Haralı sözünü gətirmə dilə
O böyük ləkədir bütün bu elə
Yumruq tək birləşsin azəri xalqı
Bu birlik gərəkdir millətə, elə
O böyük ləkədir bütün bu elə
Yumruq tək birləşsin azəri xalqı
Bu birlik gərəkdir millətə, elə
Nəq:
Azəri balasıyam,haqqın sədasıyam
Böyük millətimin bir igid balasıyam
Böyük millətimin bir igid balasıyam
Bakı, Təbriz, Gəncə vuran ürəyim
Qarabağ, Naxçıvan gözüm, bəbəyim
Qarabağ, Naxçıvan gözüm, bəbəyim
Mil, Muğan, Şirvanın doğma diyarım
Vətəni sevməkdir arzum, diləyim
Nəq:.
Babək, Koroğlu dağ vüqarımız
Şah Xətai olub qeyrət tacımız
Nizami, Füzuli şer dahisi
Dədə qorqud olub ağsaqqalımız
Şah Xətai olub qeyrət tacımız
Nizami, Füzuli şer dahisi
Dədə qorqud olub ağsaqqalımız
Azərbaycan, sənə anamız deyək
Sənə qurban olsun canımız, deyək
Azərbaycan sənsən qibləgahımız
Yaşa Azərbaycan, hamımız deyək
Sənə qurban olsun canımız, deyək
Azərbaycan sənsən qibləgahımız
Yaşa Azərbaycan, hamımız deyək
Semed Semedov - Azəri balasıyam - Mahnı sözləri, Şarkı sözü, Lyrics
Reviewed by noname
on
Haziran 23, 2019
Rating:
Hiç yorum yok: