Nazpəri Dostaliyeva - Ayırma bizi - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics

Ayırma bizi



Mus: Cabbar Musayev
Söz:Nüsrət Kəsəmənli
---



Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik
Deyəsən axırda biz gözə gəldik
Nə olar,Allahım, ayırma bizi.

Nəq:.

Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını,
Nə olar,Allahım,ayırma bizi

Nə olar,ya Rəbbim,ayırma bizi
Bəlkə bu məhəbbət bir alın yazı,
Yoxsa bu yazıya yoxdur bir pozu,
Ayırmaq istəsən al canımızı
Nə olar,Allahım,ayırma bizi.


Sənin əlindədir taleyin hökmü,
Nə oldu bu sevgi bir ağır yükmü?
Ayrılıq deyilən səndən böyükmü?
Nə olar, Allahım,ayırma bizi.






Nazpəri Dostaliyeva - Ayırma bizi - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Nazpəri Dostaliyeva - Ayırma bizi - Mahnı Sözləri,Şarkı Sözü,Lyrics Reviewed by noname on Haziran 02, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.