Ay qız - Mahnı Sözləri,Şarkı Sözü - Lyrics

Ay qız

Mus:Səid Rüstəmov
Söz:Adil Babayev
Sığal verib gül çöhrənə seyrə çıxdın yenə, ay qız!
Vurğununam əzəl başdan 

                   bu şöhrətdir mənə, ay qız!
Ürəyimi gizlətmişəm tellərinin arasında
Qoy söyləsin axşam, səhər öz eşqini sənə, ay qız!
Gözüm görmüş, könlüm sevmiş,
                söylə məndə günah varmı?

İnanmırsan saf eşqimə yol məni sına,ay qız!
Ürəyimi gizlətmişəm tellərinin arasında
Qoy söyləsin axşam, səhər öz eşqini sənə, ay qız!
Çıxart məni bu odlardan,qoyma yanım fərağına
Salma aşiq ürəyimi bundan belə qana, ay qız!
Ürəyimi gizlətmişəm tellərinin arasında
Qoy söyləsin axşam, səhər öz eşqini sənə, ay qız!



Ay qız - Mahnı Sözləri,Şarkı Sözü - Lyrics Ay qız - Mahnı Sözləri,Şarkı Sözü - Lyrics Reviewed by noname on Mayıs 30, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.