Miri Yusif - Ruzigar - Mahni Sozleri - Lyrics - Şarkı Sözü
Söz: Fidan Axundova Musiqi: Miri Yusif
---
Ruzigar
Mahnı Sözləri - Lyrics
Gecikmiş sevginin baharı nədən, Payıza bənzəyir, qışa bənzəyir? Dilindən çıxan sevinclə hər kəlmə, Gözdən süzülən yaşa bənzəyir? Əllərin toxunmur göyün üzünə, Ürəyin alışır baxmır sözünə, Anlayış umursan özün özünə, Kimsə anlamır, boşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox. Pəncərəni yuyur nakam yağışlar, Damlalar ömürdən yaşa bənzəyir? Arxanca zillənən haqsız baxışlar, Birdən atılan daşa bənzəyir. Sevirsən duymadan doğmanı, yadı. Taleyin kimsədən imdad ummadı. Bu sevgi o qədər asan olmadı, Qanadı qırılmış quşa bənzəyir. Adım ruzigar, Sənə tərəf əsmişəm tanrıdan yadigar. Bu dünyada bir tək ölümə çarə yox.
Miri Yusif - Ruzigar - Mahni Sozleri - Lyrics - Şarkı Sözü
Reviewed by minbirmahni
on
Nisan 06, 2019
Rating:
Hiç yorum yok: