Aydın Sani - Tut Əlimdən - Mahnı Sözləri - Lyrics -Şarkı Sözü




Söz: Orxan Əliyev Musiqi: Aydın Sani
---


Aydin Sani Tut elimden Oğrun-oğrun nə qədər seyr eləyim güzgüdə süzgün baxışı... Güzgü əks etdirə bilmir axı qəlbimdəki düzgün baxışı... O baxışlar ki, mənim qəlbimi viran eləyibdir... Axı sərhəd tanımır... O məhəbbət ki, könül mülkünü talan eləyibdir... O da bir hədd tanımır... Nə olar, dinlə bu qəlbin səsini... Ahu fəryada qarışmış o həzin nəğməsini... Dinləsən bəlkə də buzlar əriyər... Sındırıb güzgünü ardınca baxışlar yeriyər... Sən ayaq qoyduğun hər bir yerə sürtər üzünü... Sanki bu yollara illərdi ki, dikmiş gözünü... Ey gözüm nuru, gül üzlüm... Mənə də sarı dolan... Səni səndən də xəbərsiz sevənin halına yan... Ahım olmuşdu küləklər... Gözümün yaşı yağış... Qalma biganə nə olsun... Bu işə barı qarış... Bir nəzər sal mənə nə olar... Tutuşub yandı ürək... Həsrətindən sinəm içrə yanıb odlandı ürək... Bax ki, baxmaqla həyat bəxş elə solmuş qəlbə... İçi sənsizliyin ağırlığı dolmuş qəlbə... O baxışlardan axan istiliyi duysun ürək... Ehtiyac içrə olan ruhumu doydursun ürək... Tut əlimdən, elə tut ki... Qırılıb qalsa da qollar yer üzündə... Yenə də bir-birinə sarmaşaraq... Həsrətə meydan oxusunlar... Tut əlimdən, elə tut ki... Elə bil arzu tutursan ürəyində... Elə bir arzu ki... Hazırdı yerindən qopara çərxini hətta fələyin də... Tut əlimdən... Elə bir tutqu ki... Dünya qəfəsin sındıra bilsin... Bu tutunmaqdan ürəklər tutuşub... Atəşi eşqə dənizi yandıra bilsin... Tut əlimdən elə sıx ki... Ölüm hətta belə acizliyini hiss edə bilsin... Elə tut ki əcəlin səbri tükənsin... Əlin üzsün, gedə bilsin...






Aydın Sani - Tut Əlimdən - Mahnı Sözləri - Lyrics -Şarkı Sözü Aydın  Sani - Tut Əlimdən - Mahnı Sözləri - Lyrics -Şarkı Sözü Reviewed by minbirmahni on Nisan 06, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.