İfrat & Nergiz Tehmezli - Mashup - Mahni Sozleri - Şarkı Sözü - Lyrics



İfrat & Nərgiz Təhməzli - Mashup
Mahnı Sözləri - Şarkı Sözü - Lyrics







Mahnıların sözləri: Unut ki yaşanacaq, Nə qaldı sabaha, Bu sevginin qatarı, Getdi gülüm, getdi daha.
Qulaq as indi nələr çəkdiyimi al nəzərə, Dəstəyi qoyma yerə, qoyma yerə, qoyma yerə, Yaşadan təkcə səsindir məni, dərd vermə mənə, Onu çox görmə mənə yar, onu çox görmə mənə.



loading...
Gecələr uzun...
Bir gecə lal xatirələr dilə gəldi, Dindirdim gözlərimin yaşı ilə. Ürəyimnən bir ah göyə yüksəldi, Endirdim gözlərimin yaşı ilə.
Qəlbimi buz tək tutdun dondurdun, Şəklini vurdum mən yerə sındırdım, Məktublarının hamısını yandırdım, Söndürdüm gözlərimin yaşı ilə.
Bu gecə arzuva çat mənə gəl, mənə gəl, Kədəri qüssəni at mənə gəl, mənə gəl.
Səbr elə yarım gələrəm bir gün, Gözünün yaşını silərəm bir gün, Səninlə danışıb gülərəm bir gün, Darıxma, darıxma.


Bunu ayrılıqla öyrənəcəksən, Hara baxsan tək məni görəcəksən, Günü gündən daha çox sevəcəksən, Darıxma, darıxma.
Bəlkə də düşməzdi könül ruhdan, Sevgimiz olmazdı oyuncaq, Bəlkə də bir yerdə idik çoxdan, Tərsliyimiz qoymadı ancaq.
Pəncərəmin önündə gül, Saxlayıram sənin üçün. Zülmət otaq, bir də ki mən, Ağlayıram sənin üçün. Sən də uzaq, mən də uzaq, Qovuşmağa yox ümidim, Zülmə dözüb qəlbimə daş, Bağlayıram sənin üçün.
Yenə bu gecə yatmamışam gün yenə doğdu, Bileydin bu zalim həyat məni necə yordu.
Neynim həyatım dərddir, qəmdir, Bu da bir aləmdir. Bu aləmdə dərd məlhəmdir, Hər anı qəmdir. Avarəyəm, biçarəyəm, divanəyəm mən. Hər gecə bir meyxanədə məstanəyəm mən.








minbirmahni
karaokesozler

İfrat & Nergiz Tehmezli - Mashup - Mahni Sozleri - Şarkı Sözü - Lyrics İfrat & Nergiz Tehmezli - Mashup - Mahni Sozleri - Şarkı Sözü - Lyrics Reviewed by minbirmahni on Şubat 10, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.