Elnur Valeh - Gozlerinde - Mahni Sozleri - Şarkı Sözü - Lyrics - Sözleri
Mahnı sözləri - Şarkı Sözü - Lyrics
Söz mus: Elnur Valeh
---
Elnur Valeh - Gözlərində
Nəqarət:
Bilmirəm nə var gözlərində, Günəş doğur bahar gözlərində. Sevgili yar son istəyimdir bu, Ölüm sənin xumar gözlərində. Sənin möcüzə var gözlərində. Günəş doğur bahar gözlərində. Sevgili yar son istəyimdir bu, Ölüm sənin xumar gözlərində. ---
loading...
Ay mənim ay üzlü vəfadarım,
Sən ilk qərarım və son qərarım.
Yuxuya gedərkən gecələr yarım,
Məni də nə olar apar gözlərində.
Bütün duyğuları başdan boşuyum,
Dərdini xoşdur ölüncə daşıyım.
Sən də izin ver bir ömür yaşıyım,
O mənalı kübar gözlərində.
---
Məni nəfəsin qədər sevirsən sən,
Baxışlarınla bildirirsən sən,
Yalandan ayrılaq deyirsən sən,
Yoxdur o son qərar gözlərində.
Sevənlərin mavi dənizlərinə,
Dalğalı sahillərin izlərinə.
Özümü yazmışam qara gözlərinə,
Məni itirsə tapar gözlərində.
---
Gözümdə gözlərini qorumuşam mən,
Ən yaxınlığında durmuşam mən,
Orda özümə həyat qurmuşam mən.
Etmə dünyamı dar gözlərində.
Ruhunda canındayam bir ömür,
Qarışmısam qanındayam bir ömür,
Səninləyəm yanındayam bir ömür.
Olmasın intizar gözlərində. minbirmahni
karaoke
Elnur Valeh - Gozlerinde - Mahni Sozleri - Şarkı Sözü - Lyrics - Sözleri
Reviewed by minbirmahni
on
Şubat 15, 2019
Rating:
Hiç yorum yok: