Aman Ovçu - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics (Xalq Mahnilari)

Xalq Mahnısı
Mahni Sozleri Sarki Sozu Lyrics


AMAN OVCU


Aman ovçu vurma məni
Mən bu dağın maralıyam
Maralıyam mən maralı
Ovçu əlindən yaralıyam...

loading...
Bu dağlarda maral gəzər
Əl ayağın daşlar əzər
Mən yarıma neyləmişəm
Yarım məndən kənar gəzər...


Çəkilməz duman yerdən
Küsərlər uman yerdən
Maralımı itirmişəm
Gəzərəm güman yerdən...



Əzizim gəl bağ ilən
Bağça ilən bağ ilən
Dedin məni arada gözlə
Yolun saldın dağ ilən...


Dolan gəl bu dağ ilən
Gül çiçək dər budaq ilən
Sənə yaxşı yar deməzlər
Mən ölsəm bu dağ ilən...






#minbirmahni
#karaokesözler



Aman Ovçu - Mahnı Sözləri - Şarkı Sözü - Lyrics (Xalq Mahnilari) Aman Ovçu - Mahnı Sözləri  - Şarkı Sözü  - Lyrics  (Xalq Mahnilari) Reviewed by noname on Şubat 05, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.